Tbilisidə anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb - VİDEO - YENİLƏNİB-2

Tbilisidə anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Region
14 Fevral , 2019 13:08
Tbilisidə anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb - VİDEO - YENİLƏNİB-2
0 : 00
0 : 00

Video əlavə olunub


*** 12:51

Tbilisi. 14 fevral. REPORT.AZ/ Tbilisidə Vağzal meydanı adlandırılan ərazidə yerləşən anbarda baş vermiş güclü yanğın lokallaşdırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının söndürülməsinə 16 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 200-250 kv. metr sahə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri istintaqla müəyyən olunacaq. 


*** 12:18

Tbilisidə Vağzal meydanı adlandırılan ərazidə yerləşən anbarda güclü yanğın baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə yerinə 10-dan çox yanğınsöndürən maşın cəlb olunub.

İlkin məlumatlara görə, yanğın nəticəsində 200 kv. metr sahə yanıb. Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Hazırda yanğının lokallaşdırılması üçün işlər aparılır.

Anbarda istifadə olunmuş geyim əşyaları saxlanılır. 

Son xəbərlər

Orphus sistemi