Tbilisidə aksiyaçılar parlamentin qarşısında böyük çadır qurublar - YENİLƏNİB

Tbilisidə aksiyaçılar parlamentin qarşısında böyük çadır qurublar - YENİLƏNİB Tbilisidə aksiyanın keçirildiyi parlamentin binası qarşısında müxalifət nümayəndələri böyük ölçüdə çadır qurublar.
Region
16 Noyabr , 2019 20:51
Tbilisidə aksiyaçılar parlamentin qarşısında böyük çadır qurublar - YENİLƏNİB

Tbilisidə aksiyanın keçirildiyi parlamentin binası qarşısında müxalifət nümayəndələri böyük ölçüdə çadır qurublar.

"Report"un yerli bürosu xəbər verir ki, çadır aksiya təşkilatçıları üçün qərargah funksiyasını yerinə yetirəcək.

"Güc birlikdədir" müxalif birliyinin təmsilçisi Giorgi Vaşadze bildirib ki, aksiya təşkilatçıları çadırda məsləhətləşmələr aparacaqlar.

O qeyd edib ki, müxalifətin sabah saat 15:00-a təyin olunan kütləvi aksiyasına hazırlıq işləri aparılır.

G.Vaşadze sabahkı aksiyada müxalifətin fəaliyyət planının açıqlanacağını deyib.


***20:09

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə ikinci gündür etiraz aksiyası keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyanın əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar həmçinin müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edirlər.

Aksiya iştirakçıları tələbləri qəbul olunmayana qədər aksiyalara ara verməyəcəklərini bildiriblər.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.

Son xəbərlər

Orphus sistemi