Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar

Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar Bakı. 1 iyun. REPORT.AZ/ Tbilisidə Gürcüstan hökumətinin istefasını tələb edən aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar.
Region
1 İyun , 2018 20:17
Tbilisidə aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar

Bakı. 1 iyun. REPORT.AZ/ Tbilisidə Gürcüstan hökumətinin istefasını tələb edən aksiya iştirakçıları Rustaveli prospektindəki yolu bağlayıblar. 

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu gün keçirilən aksiyada 3 minədək insan iştirak edib. 

Onlar parlament binasının qarşısındakı yola toplaşaraq avtomobillərin hərəkətinə mane olublar. 

Aksiya iştirakçıları ölkədə qanunun aliliyinin bərqərar olmasını tələb edirlər, hər hansı bir siyasi bəyanat səsləndirilmir. Lakin aksiya iştirakçilarının hökumətin istefası tələbi qüvvədə qalır. 

Son xəbərlər

Orphus sistemi