​Tbilisidə ABŞ prezidentinin heykəli təhqir edilib

​Tbilisidə ABŞ prezidentinin heykəli təhqir edilib Polis əməkdaşları təqsirkarın şəxsiyyətini müəyyənləşdirsə də, onu tutmayıb
Region
23 Sentyabr , 2015 20:50
​Tbilisidə ABŞ prezidentinin heykəli təhqir edilib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisidə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın abidəsi təhqir edilərək üzərinə qırmızı boya tökülüb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, polis əməkdaşları təqsirkarın şəxsiyyətini müəyyənləşdirsə də, onu tutmayıb.

Xəbərdə bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bu əmələ görə təqsirkar ya 100 saatdan 180 saatadək ictimai işlərə cəlb edilir, ya cərimə ödəyir, ya da 1 ildən 3 ilədək azadlıqdan məhrum olunur.

Qeyd edək ki, Ronald Reyqanın bürüncdən olan bu heykəli 2011-ci ildə qoyulub. Abidənin üstündə ingilis və gürcü dillərində ABŞ-ın 40-cı prezidentinin çıxışından örnək həkk edilib: "Hər nəsil azadlığın qorunmasına qayğı göstərməlidir".

Son xəbərlər

Orphus sistemi