Yuxarı
    Bağlamaq

    ​Tbilisi zooparkından qaçan pələng Qori ətrafında axtarılır

    Şəhər ətrafına yerli xilasetmə xidmətinin qüvvələri və hüquq-mühafizə orqanları səfərbər edilib

    Bakı. 20 iyun. REPORT.AZ/ Qori yaxınlığında yerləşən Reha kəndinin mərkəzində yerli əhali böyük heyvana məxsus qeyri-adi ləpirlər aşkar edib və bu barədə fövqəladə hallar xidmətinə məlumat veriblər. Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

    Şəhər ətrafındakı kəndin ərazisinə yerli xilasetmə xidmətinin qüvvələri və hüquq-mühafizə orqanları səfərbər edilib.

    Xatırladaq ki, zooparkdan qaçan heyvanların axtarışını həyata keçirmək məqsədilə peşəkar ovçulardan ibarət xüsusi dəstə yaradılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi