Yuxarı

Tbilisi - Moskva aviareysləri təxirə salınıb

Gürcüstan təyyarəçiləri tətil edir

Bakı.10 dekabr. REPORT.AZ/ Dekabrın 10-dan etibarən Gürcüstanın "Georgian Airways" Hava Şirkəti əməkdaşlarının tətili ilə əlaqədar Rusiyaya uçuş dayanıb.

"Report" "Kafkaz-Uzel"ə istinadən xəbər verir ki, tətili şirkətin uçuş və texniki heyəti elan edib. Onlar iki ölkə arasındakı uçuşlarda Gürcüstan hakimiyyətinin Rusiya avia-nəqliyyatına üstünlük verildiyinə etiraz olaraq bu aksiyanı keçirirlər.

Tbilisi ilə Moskva arasındakı davamlı reysi 3 hava şirkəti həyata keçirir. Onların 2-si Rusyanın, biri isə Gürcüstanındır.

Bundan başqa, Gürcüstan təyyarəçilərinin bu istiqamətdə uçuşlarının sayı 14-dən 10-a enib.

Həmçinin, Gürcüstanın Mülki Aviasiya Agentliyi "Transaero"ya və "Sibir" şirkətinin törəməsi "Qlobus"a Tbilisiyə uçuşla bağlı lisenziya verməkdən imtina edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi