Tbilisi kinoteatrlarında filmlərin rusca nümayişi dayandırılıb

Region
  • 23 iyun, 2019
  • 16:25
Tbilisi kinoteatrlarında filmlərin rusca nümayişi dayandırılıb

Gürcüstanın paytaxtı Tbilisinin əksər kinoteatrlarında filmlərin rus dilində nümayişi dayandırılıb.

"Report"un yerli bürosu xəbər verir ki, paytaxtda "Cavea" kinoteatr şəbəkəsinə daxil olan bütün zallarda filmlər bu gündən rus dilində yayımlanmır.

Kinozallarda filmlər yalnız gürcü və ingilis dillərində tamaşaçılara təqdim olunur. Rus dilində nümayişlərin nə zaman bərpa ediləcəyi məlum deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti