Yuxarı
    Bağlamaq

    ​Tbilisidə ilk "İpək yolu" Forumu başlayıb

    Tədbirə müxtəlif ölkələrin baş nazirlərinin birinci müavinləri, nazirləri, 20 beynəlxalq maliyyə və donor təşkilatlarının rəhbərləri qatılıblar

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə ilk "İpək yolu" Forumu başlayıb.

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, forum çərçivəsində müxtəlif tədbirlər keçiriləcək.

    Ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib ki, "İpək yolu" Forumunda 30 ölkədən, o cümlədən Azərbaycandan minə yaxın nümayəndə iştirak edir.

    Məlumata görə, tədbirə müxtəlif ölkələrin baş nazirlərinin birinci müavinləri, nazirləri, 20 beynəlxalq maliyyə və donor təşkilatlarının rəhbərləri qatılıblar.

    Forum oktyabrın 16-dək davam edəcək.

    Qeyd edək ki, forumu Gürcüstanın baş naziri İrakli Qaribaşvili təsis edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi