Yuxarı

​Tbilisi hava limanının işi bərpa olunub

Əlverişsiz hava şəraiti səbəbindən Kiyev, Moskva, Minsk, Dubay və Urumçidən uçuş reysləri təxirə salınmışdı

Bakı. 17 fevral. REPORT.AZ/ Tbilisi beynəlxalq hava limanı fəaliyyətini bərpa edib.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, hava şirkətindən bildirilib ki, hazırda ölkə paytaxtında duman çəkilib, uçuşlar qrafik üzrə davam edəcək.

Xəbərə əsasən, əlverişsiz hava şəraiti səbəbindən Kiyev, Moskva, Minsk, Dubay və Urumçidən uçuş reysləri təxirə salınmışdı.

Qeyd edək ki, fevralın 17-də qatı dumana görə Tbilisinin beynəlxalq hava limanı 10-dək aviareysi qəbul edə bilməyib. Təxirə salınan uçuşlar arasında İstanbul reysi də olub. Həmin reyslə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstana uçmalı imiş.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi