​Tbilisidə zoopark dağılıb, heyvanlar şəhər küçələrinə axışıb - FOTO

​Tbilisidə zoopark dağılıb, heyvanlar şəhər küçələrinə axışıb - FOTO Müəssisənin 2 əməkdaşının meyiti aşkarlanıb
Region
14 İyun , 2015 12:48
​Tbilisidə zoopark dağılıb, heyvanlar şəhər küçələrinə axışıb - FOTO

Bakı. 14 iyun. REPORT.AZ/ İyunun 14-də leysan nəticəsində Tbilisinin zooparkını su basıb.

"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın fövqəladə hallar qərargahı məlumat yayıb.

Məlumata görə, heyvanlar zooparkdan qaçıb. Qərargah sakinlərə evlərini tərk etməməyi məsləhət görüb.

Heyvanxananın ərazisi tamamilə dağılıb. Xəbərdə o da vurğulanıb ki, ikisi zoopark əməkdaşı olmaqla orada üç meyit aşkarlanıb.

Məlumata görə, müəssisədən üç ayı qaçıb. Zoopark ərazisində heyvan cəsədi aşkarlanmayıb.

Yerli KİV bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi