Yuxarı

Tatarıstanda idman bazasında atışma olub, 3 nəfər ölüb - FOTO - YENİLƏNİB

PPX əməkdaşları tərəfindən hücum edənin özü də öldürülüb

Bakı. 15 aprel. REPORT.AZ/ Kazanda "Dinamo" idman bazasına hücum edənin və öldürülənlərin adları məlum olub.

"Report" Tatarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, atışma nəticəsində polkovnik-leytenant Rail Raximoviç Sadrəddinov, bazanın direktor müavini Fərid Naileviç Şakrzyanov öldürülüb, idman bazasının əməkdaşı Ramil Naileviç Husnimərdanov isə yaralanıb.

PPX əməkdaşları tərəfindən hücum edənin özü - Sergey İvanov da öldürülüb. Bəzi mənbələrə görə, onun bazada özünün silah mağazası olub. Zərərsizləşdirilərkən S.İvanov qumbara atıb, ətrafdakıları atəşə tutub.

*** 13:27

Rusiyada Tatarıstanın paytaxtı Kazandakı "Dinamo" idman bazasında baş verən atışma nəticəsində 3 nəfər həyatını itirib. "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ölənlərdən birinin bazanın direktor müavini, ikisinin isə adi mülki şəxs olduğu bildirilir. Mülki şəxslərdən biri atışmanın səbəbkarı olub.

Hadisə ilə bağlı araşdırma aparılır.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi