Yuxarı

​Tansu Çillər məhkəməyə çağırılıb

28 fevral işi Türkiyə hökumətini devirməyə cəhdlə bağlıdır

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyənin keçmiş baş naziri Tansu Çillər "28 fevral işi" ilə bağlı "zərərçəkən" qismində ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyə İdarəsinə çağırılıb.

"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, o, üzrlü səbəbdən əvvəlki 3 dinləmədə iştirak etməyib.

Xatırladaq ki, "28 fevral işi" Türkiyə "hökumətini devirməyə cəhd"lə bağlıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi