​Taner Yıldız: "Türkiyə şirkətləri türkmən qazını İran ərazisindən alacaq"

​Taner Yıldız: "Türkiyə şirkətləri türkmən qazını İran ərazisindən alacaq" Onun sözlərinə görə, Türkiyə qaz idxalını 10 milyard kubmetr artırmaq niyyətindədir
Region
9 İyun , 2015 16:26
​Taner Yıldız: Türkiyə şirkətləri türkmən qazını İran ərazisindən alacaq

Bakı. 9 İyun. REPORT.AZ/ Özəl türk şirkətləri 2 milyard kubmetr həcmində İran ərazisindən keçməklə türkmən qazının alınması barədə razılığa gəliblər. "Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinə Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, Türkiyə qaz idxalını 10 milyard kubmetr artırmaq niyyətindədir. Taner Yıldız Türkmənistan layihəsinin detalları haqqında heç bir açıqlama verməyib.

Türkiyənin Təbii Ehtiyatlar və Energetika Nazirliyi, Türkmənistanın Neft və Qaz Sənayesi nazirlikləri, həmçinin "Türkmənqaz"ın nümayəndələri hələlik bu faktla bağlı şərh verməyiblər.

Son xəbərlər

Orphus sistemi