"Taliban" Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib

"Taliban" Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib Hökumət qüvvələrinin nəzarətində yalnız icra hakimiyyəti və Milli Təhlükəsizlik İdarəsinin binaları qalıb
Region
5 Oktyabr , 2016 17:11
Taliban Əfqanıstanın şimalındakı şəhəri ələ keçirib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərakatı Əfqanıstanın şimalında yerləşən Kunduz şəhərini ələ keçirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bir neçə dövlət binası istisna olmaqla terorçular Kunduz şəhərinə tam nəzarət edirlər.

Hökumət qüvvələrinin nəzarətində yalnız icra hakimiyyəti və Milli Təhlükəsizlik İdarəsinin binaları qalıb. Hökumət qüvvələri ilə "Taliban" silahlılar arasında döyüşün davam etdiyi haqqında məlumatlar da var.

Xəbər görə, bu şəhər 2015-c i ildə "Taliban"ın əlinə keçsə də, Əfqanıstan ordusu onları şəhərdən təmizləmişdi.

Son xəbərlər

Orphus sistemi