“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib

“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır
Region
21 May , 2018 15:06
“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər.

“Report” CA-NEWS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.

“Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları “Taliban” tərəfindən sıxışdırılıb”, - o vurğulayıb.

Həmin əyalətlərə “Taliban” bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər.

Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır. Əfqanıstanda 3,5-4 milyon türkmən yaşadığı ehtimal olunur.

Faryapın 9, Covuzcanın 3, Bəlxin 1 rayonu Türkmənistanla sərhəddə yerləşir. Ümumilikdə, Əfqanıstanla Türkmənistan arasında sərhədin uzunluğu 800 km-dən artıqdır.  

Son xəbərlər

Orphus sistemi