Tacikistan XTMD-nin keçmiş komandirinin oğlu Suriyaya qaçmaq istəyərkən tutulub

Tacikistan XTMD-nin keçmiş komandirinin oğlu Suriyaya qaçmaq istəyərkən tutulub O, ötən il orta məktəbi bitirib
Region
10 May , 2017 20:39
Tacikistan XTMD-nin keçmiş komandirinin oğlu Suriyaya qaçmaq istəyərkən tutulub

Bakı. 10 may. REPORT.AZ/ Tacikistan Daxili İşlər Nazirliyi Xüsusi Təyinatlı Milis Dəstəsinin (XTMD) keçmiş komandiri, terrorçu İŞİD qruplaşmasının “müdafiə naziri” Gülmurad Xalimovun oğlu Bəhruz Xalimov tutulub.

“Report” “TacikTA”ya istinadən xəbər verir ki, onu Düşənbə-Moskva aviareysindən düşürüblər.

Bəhruz Xalimovun 18 yaşı var. O, ötən il orta məktəbi bitirib və xırda ticarətlə məşğul olub, İraq və ya Suriyaya gedərək, terrorçu İŞİD qruplaşmasının sıralarına qoşulmaq istəyib. B.Xalimov bu il aprelin 17-də tutulub. Ancaq onun tutulması haqqında xəbər mayın 10-da yayılıb. 

Xatırladaq ki, onun atası - aprelin 15-də İraq Hərbi Hava Qüvvələrinin Qərbi Mosulda apardığı əməliyyatlar nəticəsində İŞİD-in müdafiə naziri hesab edilən və İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə yaxınlığı ilə seçilən Gülmurad Xalimovun qətlə yetirilidiyi barədə məlumat yayılıb. G.Xalimov Tacikistanda hərbi xidmətdə olduğu zaman ABŞ xüsusi xidmət orqanları tərəfindən hərbi təlim alıb.

“Əl-tacik” ləqəbi ilə də tanınan Gülmurad Xalimov ötən il antiterror əməliyyatları zamanı məhv edilmiş İŞİD-in ali hərbi rəhbəri “Əbu Umar аş-Şişani” ləqəbi ilə tanınan Таrхаn Batiraşvilini əvəzləyib.

Son xəbərlər

Orphus sistemi