Yuxarı
    Bağlamaq

    Tacikstan prezidenti oğlunu ölkə paytaxtının meri təyin edib

    Rustam Rahmon prezidentin 9 övladından biridir

    Bakı. 12 yanvar. REPORT.AZ/ Tacikistan Prezidenti İmomali Rahmonun oğlu Rustam Rahmon ölkə paytaxtı Düşənbə şəhərinin meri təyin edilib.

    “Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti sərəncam imzalayıb.

    Rustam Rahmonun 28 yaşı var. O, bu postda Prezident İmomali Rahmonun ən yaxın silhadaşı, 64 yaşlı Məhəmmdsəid Ubaydulloyevi əvəz edib.

    Məlumata görə, Rustam Rahmon prezidentin 9 övladından biridir. O, əvvəllər İnvestisiya və Dövlət Əmlakı Komitəsində işləyib.

    O, 2013-cü ilin noyabrında Gömrük Xidmətinin başçısı təyin edilib. İki il sonra isə Antikorrupsiya Agentliyinin direktoru təyin olunub.

    Rustam Pahmon “İstiklol” futbol klubunun sahibidir.

    Qeyd edək ki, prezidentin qızı Ozodə Rahmon isə ötən ildən Tacikistan dövlət başçısı administrasiyasının rəhbəridir. O, bundan əvvəl Tacikistanın xairici işlər nazirinin müavini işləyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi