Yuxarı

Tacikistanın Konstitusiya Məhkəməsi konstitusiyaya edilən dəyişiklikləri təsdiqləyib

Parlament konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumun tarxini müəyyən edəcək

Bakı. 4 fevral. REPORT.AZ/ Tacikistanın Konstitusiya Məhkəməsi ölkə konstitusiyasına edilən dəyişiklikləri təsdiqləyib. 

"Report" TASS-a istinadən xəbər verir ki, məhkəmə ölkə başçısı İmaməli Rəhmanın müddətsiz olaraq prezident seçkisində iştirakının qanuni olması barədə qərar qəbul edib.

Məlumata görə, bundan sonrakı mərhələdə Tacikistan parlamenti konstitusiya dəyişiklikləri ilə bağlı keçiriləcək referendumun tarxini müəyyən edəcək.

Qeyd edək ki, dəyişiklik və düzəlişlərdə prezidentiliyə, deputatlığa, ali məhkəmə, konstitusiya və iqtisadi məhkəmələri hakimliklərinə namizdlərin yaş senzi 30 yaş (hazırda 35-dir) müəyyənləşdirilib.

Tacikistanda ilk konstitusiya 1994-cü ildə qəbul edilib. Həmin ildən İmaməli Rəhman ölkə prezidentidir. 2003-cü ildə prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilədək uzadılıb. Ölkədə sonuncu prezident seçkisi 2013-cü ildə keçirilib və İmaməli Rəhman 2020-ci ilədək prezident seçilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi