Yuxarı
    Bağlamaq

    Tacikistanda 4 asayiş keşikçisi öldürülüb

    DİN-in rəsmi saytında bildirilib ki, hücum Ziyevuddin Abdullayev adlı şəxsin başçılıq etdiyi qrup tərəfindən törədilib

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Tacikistanın Vəhdət şəhəri Daxili İşlər İdarəsinin binasına silahlı basqın edilib və nəticədə 4 asayiş keşikçisi həyatını itirib.

    "Report" xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.

    Məlumata görə, basqınçılar hadisə yerindən qaçaraq, gizlənə biliblər. Hazırda onların tutulması üçün əməliyyat aparılır.

    Tacikistanın Daxili İşlər Nazirliyinin rəsmi saytında bildirilib ki, hücum Ziyevuddin Abdullayev adlı şəxsin başçılıq etdiyi qrup tərəfindən törədilib. Hücum zamanı onun zərərsizləşdirildiyi, qrupun qalan üzvlərinin isə yaralandığı vurğulanıb. Z.Abdullayev isə milis polkovnik-leytenantıdır və baş əməliyyat müvvəkili işləyirmiş. DİN bu xəbəri nə təsdiq, nə də təkzib etməyib.

    Ölkə Daxili İşlər Nazirliyi bəyan edib ki, bu basqının avqsutun 29-da Vəhdət rayonunda yerli sakin, Sankt-Peterburqdakı universitetlərdən birinin tələbəsi Umar Boboconovun döyülməsi ilə heç bir əlaqəsi yoxdur. Nazirlik bildirib ki, adı çəkilən tələbə saqqal saxladığı üçün avqustun 28-də Daxili İşlər İdarəsinə çağırılıb və səhəri gün çox saylı zədələrlə yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Tələbənin valideynləri isə bildirib ki, Umar Boboconov saqqal saxladığı üçün asayiş keşikçiləri tərəfindən döyülüb. Avqustun 29-u və 30-da bir neçə yüz nəfər aksiya keçirərək, komada olan tələbəni döyənlərin cəzalandırılmasını tələb ediblər.

    Xəbərə əsasən, asayiş keşikçilərini öldürənlər bir müddət öncə ölkə paytaxtı Düşənbədə hərbi hissənin ərazisinə soxularaq, oradan çoxlu sayda silah və sursat götürüblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi