Yuxarı

​Tacikistanda torpaq sürüşməsi nəticəsində azı on nəfər ölüb

Məlumata əsasən, sürüşməyə səbəb kimi dağlarda leysan yağışlarının yağması göstərilib

Bakı. 4 aprel. REPORT.AZ/ Tacikistanda suvarma kanalı yaxınlığında torpaq sürüşməsi nəticəsində azı 10 nəfər ölüb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Tacikistanın Fövqəladə Hallar Komitəsinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən, sürüşməyə səbəb kimi dağlarda leysan yağışlarının yağması göstərilib.

Xəbərə görə, hadisə nəticəsində ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdirilib. Xilasedicilər bildirib ki, torpaq uçqunu altında daha 3 nəfər qalıb. 

Hadisə ölkənin Fayzabad rayonunda iş gününün sonunda baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi