​Tacikistanda polis əməkdaşı iki həmkarını güllələyib

​Tacikistanda polis əməkdaşı iki həmkarını güllələyib Ölkənin Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb
Region
20 Oktyabr , 2015 19:25
​Tacikistanda polis əməkdaşı iki həmkarını güllələyib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Tacikistanın Soqdi vilayətinin İsfar rayonunda yerli milis (polis) əməkdaşı tabel silahı ilə iki həmkarını güllələyib.

"Report" xəbər verir ki, bu haqda "Ozodi" radiosu məlumat yayıb.

Məlumata görə, hadisə İsfar rayonun Xoca Alo qışlağının Çorkuh kəndində baş verib.

Hadisənin başvermə səbəbi və atəş açanın kimliyi haqda xəbər verilməyib.

Tacikistan Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.

Buna səbəb kimi ölkə prezidenti Emomali Rahmonun Soqdi vilayətində səfərdə olması göstərilib. 

Son xəbərlər

Orphus sistemi