Tacikistanda halal olmayan ət məhsullarının idxalı qadağan edilib

Tacikistanda halal olmayan ət məhsullarının idxalı qadağan edilib Bakı. 29 yanvar. REPORT.AZ/ Tacikistanın hökumət orqanları halal olmayan ət məhsullarının ölkəyə gətirilməsini qadağan edib.
Region
29 Yanvar , 2018 12:13
Tacikistanda halal olmayan ət məhsullarının idxalı qadağan edilib
The Seattle Globalist

Bakı. 29 yanvar. REPORT.AZ/ Tacikistanın hökumət orqanları halal olmayan ət məhsullarının ölkəyə gətirilməsini qadağan edib.

"Report" Tacikistan KİV-inə istinadən xəbər verir ki, bu tələb Dövlət Baytarlıq Xidməti tərəfindən bütün ət məhsulları təchizatçılarına qarşı irəli sürülüb.

İndi xarici təchizatçılar Tacikistana yalnız "halal" akkreditasiyalı məhsul gətirə biləcəklər. Belə sənəd verməmişdən əvvəl tacik ekspertlər şəxsən müəssisələrə səfər edəcək və istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyini yoxlayacaqlar.

Qeyd edək ki, Tacikistan bazarına ət məhsulları əsasən Hindistan və Rusiyadan, kiçik bir hissə isə Türkiyə və Qazaxıstandan gətirilir.

Tacikistanda "halal" standartı 2013-cü ildə tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi