Tacikistanın xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub

Tacikistanın xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub Rüstəm Amakiyev gecə saatlarında Ramit dərəsində general Abduxalim Nazarzodanın dəstəsi ilə döyüşdə həyatını itirib
Region
16 Sentyabr , 2015 10:59
Tacikistanın xüsusi təyinatlı Alfa qrupunun komandiri həlak olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Tacikistan müdafiə nazirinin keçmiş müavini general Abduxalim Nazarzodanın silahlılarına qarşı döyüşdə ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "Alfa" qrupunun komandiri həlak olub.

"Report" xəbər verir ki, bu haqda Tacikistan KİV-i məlumat yayıb.

Xəbərə görə, "Alfa"nın komandiri Rüstəm Amakiyev gecə saatlarında Ramit dərəsində generalın dəstəsi ilə döyüşdə həyatını itirib. Məlumatda bildirilib ki, həmin döyüşdə "Alfa"nın bir döyüşçüsü, Xüsusi Təyinatlı Polis Dəstəsinin 2 əməkdaşı da həlak olub, güc strukturlarının bir neçə hərbçisi yaralanıb.

Xatırladaq ki, sentyabrın 4-də Düşənbə və Vəhdət şəhərlərinə silahlıların basqını nəticəsində Daxili İşlər Nazirliyinin 9 əməkdaşı öldürülüb. 

Son xəbərlər

Orphus sistemi