Tacikistan təhlükəsizlik orqanı: "Əfqanıstanla sərhədboyu ərazilərə 5 min terrorçu cəmləşib"

Tacikistan təhlükəsizlik orqanı: "Əfqanıstanla sərhədboyu ərazilərə 5 min terrorçu cəmləşib" Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi: "Həmin silahlılar arasında Tacikistanın çoxlu sayda vətəndaşı var"
Region
3 Fevral , 2016 13:06
Tacikistan təhlükəsizlik orqanı: Əfqanıstanla sərhədboyu ərazilərə 5 min terrorçu cəmləşib

Bakı. 3 fevral. REPORT.AZ/ "Tacikistanın Əfqanıstanla sərhədboyu ərazilərdə terrorçu qruplaşmaların 5 minə yaxın silahlısı yerləşib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata görə, Əfqanıstanla Tacikistan arasındakı 1344 km uzunluğunda sərhədboyu ərazilərdə 5 minə yaxın silahlı terrorçu var.

Komitədən bildirilib ki, həmin terrorçular "Taliban", "Özbəkistan İslam Hərəkatı", "Camaati-Ənsarullah" kimi qruplaşmaların üzvləridir. Xəbərə əsasən, həmin silahlılar arasında Tacikistanın çoxlu sayda vətəndaşı da var.  

Son xəbərlər

Orphus sistemi