​Tacikistan soyadlardakı slavyan sonluqlardan imtina edib

​Tacikistan soyadlardakı slavyan sonluqlardan imtina edib Dəyişikliklərə əsasən, "-zod", "-iyn", "-fər", "-pur" və başqa bu kimi soyad sonluqları qəbul edilə bilər
Region
29 Aprel , 2016 17:52
​Tacikistan soyadlardakı slavyan sonluqlardan imtina edib

Bakı. 29 aprel. REPORT.AZ/ Tacikistan hakimiyyəti prezident Emoməli Rahmonun soyadlardakı slavyan sonluqlardan imtina edilməsi haqda təşəbbüsünü dəstəkləyib.

"Report" Tacikistanın "Avesta" agentliyinə istinadən xəbər verir ki, bunu Respublika Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin rəis müavini Caloliddin Rahimov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Məlumata görə, aprelin 29-dan etbarən dünyaya gələn körpələrə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində tacik sonluğu ilə soyadlar yazılacaq.

Dəyişikliklərə əsasən, "-zod", "-iyn", "-fər", "-pur" və başqa bu kimi soyad sonluqları qəbul edilə bilər.

"Öz övladlarına "-ov", "-yev" kimi soyad sonluqları götürmək istəyən valideynlərlə profilaktiki söhbətlər aparılacaq", - deyə Caloliddin Rahimov vurğulayıb.

Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rahmon 2007-ci ildə uyğun təşəbbüsü irəli sürərək, soyadının sonluğundakı "-ov" şəkilçisindən imtina edib. 

Son xəbərlər

Orphus sistemi