​Tacikistan prezidenti oğlunu korrupsiya ilə mübarizə idarəsinə rəhbər təyin edib

​Tacikistan prezidenti oğlunu korrupsiya ilə mübarizə idarəsinə rəhbər təyin edib Ölkə rüşvət alma göstəricisində 152-ci yeri tutur
Region
16 Mart , 2015 22:24
​Tacikistan prezidenti oğlunu korrupsiya ilə mübarizə idarəsinə rəhbər təyin edib

Bakı. 16 mart. REPORT.AZ/ Tacikistan prezidenti Emomali Rahmonun böyük oğlu Rüstəm Emomali ölkənin Dövlət Maliyyə Nəzarəti və Korrupsiya ilə Mübarizə Agentliyinə sədr təyin edilib.

"Report" xəbər verir ki, 27 yaşlı Emomalinin təyinatı martın 16-da olub.

Bunadək o, 2013-cü ilin sonundan Tacikistan Gömrük Xidmətinə rəhbərlik edib.

Qeyd edək ki, Tacikistan 2014-cü ildə "Transparency International"ın rüşvət alma göstəricisində 152-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi