Bakı. 22 dekabr. REPORT.AZ/ Tacikistan Prezidenti Emomali Rəhmon Belarusun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi vəzifəsinə təqdim etdiyi Stanislav Zasın namizədliyini dəstəkləyərək, onun təyin edilməsi haqqında sənədi imzalayıb.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə ölkənin
Onun sözlərinə görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının yeni Baş katibin təyin edilməsi barədə qərarının imzalanma vaxtı müəyyənləşdirilməyib, bu sənəd təşkilatın bütün üzv dövlətləri tərəfindən imzalanmalıdır.
Tacikistan Prezidenti dekabrın 14-də Daşkənddə S.Zas ilə görüş zamanı onun namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib.