Yuxarı

​Tacikistan Quru Qoşunlarının komandanı həbs olunub

O, qiyamın hazırlanmasında şübhəli bilinir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Tacikistan Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı polkovnik Nazar Səfərov həbs edilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, müdafiə nazirinin keçmiş müavini, hakimiyyətə qarşı silahlı qiyam qaldırdığı üçün öldürülən general Abdülhəlim Nazarzodaya yaxın hərbçilərdən olub.

Məlumatda bildirilib ki, N.Safarov qiyamdan xəbərdar olub və onun hazırlanmasında yaxından iştirak edib.

Xatırladaq ki, general A.Nazarzoda sentyabrın 16-da Ramit dərəsində Tacikistan güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi