​Tacikistan Quru Qoşunlarının komandanı həbs olunub

​Tacikistan Quru Qoşunlarının komandanı həbs olunub O, qiyamın hazırlanmasında şübhəli bilinir
Region
30 Sentyabr , 2015 18:07
​Tacikistan Quru Qoşunlarının komandanı həbs olunub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Tacikistan Müdafiə Nazirliyi Quru Qoşunlarının komandanı polkovnik Nazar Səfərov həbs edilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, o, müdafiə nazirinin keçmiş müavini, hakimiyyətə qarşı silahlı qiyam qaldırdığı üçün öldürülən general Abdülhəlim Nazarzodaya yaxın hərbçilərdən olub.

Məlumatda bildirilib ki, N.Safarov qiyamdan xəbərdar olub və onun hazırlanmasında yaxından iştirak edib.

Xatırladaq ki, general A.Nazarzoda sentyabrın 16-da Ramit dərəsində Tacikistan güc strukturlarının keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Son xəbərlər

Orphus sistemi