Yuxarı

​Tacikistan müxalifətinin liderlərindən biri İstanbulda güllələnib

Hadisə Kuvatovun həyat yoldaşı və uşaqlarının gözü qarşısında baş verib

Bakı. 6 mart. REPORT.AZ/ Tacikistan müxalifətinin liderlərindən biri Umarali Kuvatov İstanbulda güllələnib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, hadisə Kuvatovun həyat yoldaşı və uşaqlarının gözü qarşısında baş verib.

Umarali Kuvatov müxalifətdə olan "24" Hərəkatının lideri idi. O, 2012-ci ildə Tacikistandan Rusiyaya mühacirət edib. Bir müddət sonra oradan gedib. U.Kuvatov 2012-ci ilin sonunda Tacikistanın istəyi əsasında Birləşmiş Ərəb Əmirliyində həbs olunub. Sərbəst buraxıldıqdan sonra Türkiyəyə köçüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi