Yuxarı

​Tacikistan hakimiyyəti "Cekson-Venik düzəlişi" sanksiyasının ləğvini istəyir

Bu sənəd 1974-cü ildə Albaniya, Vyetnam, keçmiş SSRİ, Çinə qarşı tətbiq edilib

Bakı. 19 iyun. REPORT.AZ/ Tacikistan hakimiyyəti "Cekson-Venik düzəlişi"nin respublikaya tətbiqinin ləğvi ilə bağlı ABŞ Konqresinə müraciət edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Tacikistanın xarici işlər naziri Sirociddin Aslov ABŞ Konqresinin Avropa və Avrasiya ölkələri ilə əməkdaşlıq məsələləri üzrə alt komissiyasının sədri Den Rohrabaherlə Vaşinqtonda keçirdiyi görüşdə bu müraciəti edib.

Qeyd edək ki, "Cekson-Venik düzəlişi" mühacirəti məhdudlaşdıran və insan haqlarını pozan dövlətlərə tətbiq olunur.

Bu sənəd 1974-cü ildə Albaniya, Vyetnam, keçmiş SSRİ, Çinə qarşı tətbiq edilib. Sanksiya tətbiq olunan dövlətlərlə ticarət əlaqəsini genişləndirib, əlverişli ticarət əlaqəsi saxlamaq, onlara kredit vermək və həmin ölkələrdən kredit almaq qadağan olunmuşdu.

SSRİ dağıldıqdan sonra bu sanksiya bütün MDB dövlətlərinə tətbiq edilsə də, əvvəlcə Qırğız Respublikasına, bir  müddət sonra isə Ukrayna, Gürcüstan, Rusiya, Moldova və Ermənistana qarşı tətbiqi ləğv olundu. Bununla belə, həmin düzəliş Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistana qarşı qüvvədədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi