Yuxarı

Türkiyənin yeni baş naziri Nazirlər Kabinetinin tərkibini açıqlayıb - SİYAHI

Türkiyənin XİN rəhbəri AŞPA-nın keçmiş prezidenti olub

Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyənin yeni Nazirlər Kabinetinin tərkibi məlum olub.

Report xəbər verir ki,  Bülənt Arınç, Yalçın Akdoğan, Numan Kurtulmuş və Əli Babacan Türkiyə hökumət baş nazirinin müavinləri təyin olunublar. 

AŞPA-nın keçmiş prezidenti Mevlut Çavuşoğlu xarici işlər naziri təyin olunub. Avropa Birliyi naziri - Volkan Bozkır, gömrük və ticarət naziri - Nurəttin Canikli , ailə və sosial siyasət naziri - Ayşənur İslam, enerji və təbii ehtiyatlar naziri - Taner Yıldız, iqtisadiyyat naziri - Nihat Zeybekçi, maliyyə naziri - Mehmet Şimşək, ədliyyə naziri - Bəkir Bozdağ, elm, sənaye və texnologiya naziri - Fikri Işık, əmək və sosial təminat naziri - Faruk Çəlik, ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə, gənclər və idman naziri - Akif Çaqatay, ərzaq və heyvandarlıq naziri - Mehmet Mehdi Əkər,  daxili işlər naziri - Əfkan Ala, mədəniyyət və turizm naziri - Ömər Çəlik, təhsil naziri - Nabi Avcı, milli müdafiə naziri - İsmət Yılmaz, meşə və su işləri naziri -  Veysəl Əroğlu, səhiyyə naziri - Məhmət Müəzzinoğlu, nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Lütfi Əlvan, inkişaf naziri - Cevdet Yılmaz seçilib. 

Qeyd edək ki, sentyabr ayının 6-da parlament yeni hökumətə etimad rəyi bildirməlidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi