Türkiyədə polislə qarşıdurmalarda həlak olanların sayı 28-ə çatıb

Türkiyədə polislə qarşıdurmalarda həlak olanların sayı 28-ə çatıb Etirazçılar Kobani şəhərində İŞİD yaraqlılarının hücumları fonunda hökumətin hərəkətə keçməməsindən narahatdılar
Region
10 Oktyabr , 2014 17:24
Türkiyədə polislə qarşıdurmalarda həlak olanların sayı 28-ə çatıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Türkiyədə iğtişaşlar başlayandan indiyədək 28 nəfər ölüb, 150 nəfərdən artıq insan yaralanıb, 400-ə yaxın şəxs isə saxlanılıb. "Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, Türkiyədə kürdlərin Kobani şəhərində vəziyyətin gərginləşməsi fonunda ölkə hökumətinin hərəkətə keçməməsi ilə bağlı başlatdıqları aksiyalar səngimək bilmir, 

Etirazçılar polislərə hücum edir, mağazaların vitrinlərini sındırmağa davam edirlər. Hökumət nümayəndələri ilə ciddi toqquşmalar əsasən Türkiyənin Suriya ilə sərhəd əyalətlərində müşahidə olunur. 

Qeyd edək ki, Kobani şəhəri artıq üç həftədir ki, "İslam Dövləti" terror qruplaşmasının hücumlarına məruz qalıb. İŞİD yaraqlıları işğal olunmuş ərazilərdə kürdləri məhv etməyə çalışırlar. 

Son xəbərlər

Orphus sistemi