Yuxarı
    Bağlamaq

    Türkiyə yeni seçilən prezidentin inaqurasiya mərasimində iştirak etmək üçün Ermənistana dəvətnamə göndərib

    İnaqurasiyada Ermənistanı ölkənin XİN rəhbəri təmsil edə bilər

    Bakı. 25 avqust. REPORT.AZ/ Ermənistan Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 28-də keçirilən inaqurasiya mərasimində iştirak etmək üçün dəvətnamə alıb. 

    Report Regnum-a istinadən xəbər verir ki, bu barədə  "Birlikdə-2014" ümumerməni gənclər təhsil forumunda çıxışı zaman Ermənistanın prezidenti Serj Sarqsyan məlumat verib. 

    Onun sözlərinə görə, erməni tərəfi böyük ehtimalla mərasimə xarici işlər naziri səviyyəsində qatılacaq. Serj Sarqsyan bəyan edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə prezidentinin gələn il “erməni soyqırımı qurbanları”nın xatirəsiə qoyulan memoriala baş çəkib-çəkməyəcəyi ilə də maraqlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi