Yuxarı

Türkiyə parlamentinin sədri: "Ermənilərin soyqırımı" - tarixdə olan ən böyük yalandır"

Ermənilərin heç bir soyqırımı olmayıb

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Ermənilərin soyqırımı" - tarixdə olan ən böyük böhtandır". 

"Report" Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bəyan edib.

"Ermənilərin heç bir soyqırımı olmayıb, bu, Türkiyə tarixinə qarşı ən böyük böhtandır" - deyə, Çiçək qeyd edib. "Ermənistan və erməni lobbisi bildirirlər ki, Türkiyənin sələfi  - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədiblər. Onlar qondarma soyqırım təbliğatlarını dünyanın bir çox ölkələrində gücləndirərək, soyqırımın bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar" - deyə, spiker bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi