Yuxarı

Türkiyə "İslam Dövləti" qruplaşmasına qarşı əməliyyatlara qoşulub

Türkiyə parlamenti həmçinin xarici dövlətlərin silahlı qüvvələrinin öz ərazisində yerləşməsinə icazə verib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Türkiyə parlamenti İraq və Suriyada "İslam Dövləti" qruplaşmasına qarşı mübarizə üçün ordudan istifadə edilməsinə icazə verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Türkiyə parlamenti həmçinin xarici dövlətlərin silahlı qüvvələrinin öz ərazisində yerləşməsinə icazə verib. Həmin razılaşma oktyabr ayının 4-dən qüvvəyə minir və bir il müddətində etibarlı olacaq.

Bir müddət əvvəl İŞİD yaraqlıları Suriya ərazisində yerləşən Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman şahın məzarını qoruyan 20 türk əsgərini, eləcə də İraqın Mosul şəhərində Türkiyənin baş konsulluğunda çalışan 49 türk diplomatını əsir götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi