Sərnişin təyyarəsi Tbilisi əvəzinə Gəncəyə eniş edib

Sərnişin təyyarəsi Tbilisi əvəzinə Gəncəyə eniş edib Güclü külək və dolu səbəbindən Tbilisi hava limanı bir sıra reysi qəbul edə bilməyib
Region
5 Sentyabr , 2014 14:52
Sərnişin təyyarəsi Tbilisi əvəzinə Gəncəyə eniş edib
Bakı. 5 sentyabr. REPORT.AZ/ Güclü külək, dolu və duman səbəbindən Tbilisi hava limanı bir sıra reysi qəbul edə bilməyib. Report Gürcüstan KİV-nə istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar təyyarələrdən biri Batumiyə istiqamətləndirilib. Daha bir sərnişin təyyarəsi Tbilisi yerinə Azərbaycanın Gəncə Hava Limanına eniş edib və yalnız bir neçə saatdan sonra Gürcüstanın paytaxtına uçub. 

Bu gün səhər Tbilisi hava limanı ştat rejimində işləməyə başlayıb, bütün reyslər cədvəl üzrə həyata keçirilir.

Gürcüstanın şərqində Telavi və Karelski rayonlarında pis hava şəraiti nəticəsində məhsulun bir hissəsi məhv olub, yüz hektarlarla kənd təsərrüfatı əkin sahələrini su basıb. Hökumət təbiət hadisəsinin nəticələrini aradan qaldırmaqda yardım etmək və zərərçəkmişlərə ziyanı ödəmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi