Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib - YENİLƏNİB

Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib - YENİLƏNİB Türkiyə ordusu ərazini bir neçə saat ərzində tamamilə nəzarət altına alıb
Region
27 Mart , 2018 15:41
Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib - YENİLƏNİB

Bakı. 27 mart. REPORT.AZ/ Suriyanın Tel-Rifat rayonu terrorçulardan azad edilib.

Bu barədə “Report” yerli mənbələrin məlumatına əsasən, xəbər verir. 

Məlumata görə, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Tel-Rifatı bir neçə saat ərzində tamamilə nəzarət altına alıb.


*** 13:36

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədi ilə antiterror əməliyyatına başlayıb. 

“Report” “Haberler”ə istinadən xəbər verir ki, Tel-Rıfat rayonu “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir.

Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir.

Yerli əhali martın 23-də keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib. 

Son xəbərlər

Orphus sistemi