Yuxarı

Suriyanın 8 kəndi İŞİD terrorçularından azad edilib

Havadan və qurudan zərbələr nəticəsində 18 terrorçu məhv edilib, hərbi avtomobil, top və digər vasitələr ələ keçirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Suriyanın 8 kəndi İŞİD terrorçularından azad edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, iyunun 8-də İŞİD terrorçularının Suriyanın şimalından Türkiyə ərazisinə hücum etməyi planlaşdırdığı məlum olub. 

Bundan sonra Türkiyə Silahlı Qüvvələri, koalisiya qüvvələri və Suriya rejiminə müxalif qüvvələr qurudan və havadan İŞİD-in 14 mövqeyinə zərbə endirib. Nəticədə 18 terrorçu məhv edilib, İŞİD-ə məxsus hərbi avtomobil, top və digər vasitələr ələ keçirilib. 

Bununla da Suriyanın Kafer Kalbayn, Cibrin, Faydiyah, Sındıf, Kara Köprü, Dudiyan Kafer Brişa ve Kafer Şus kəndləri terrorçulardan təmizlənib, Maredən Əzizə qədər olan dəhliz yenidən açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi