Yuxarı

Suriyalı qaçqınları aparan gəmi batıb, 3 uşaq ölüb

Türkiyə Sahil-Mühafizə Xidməti əməkdaşlarının axtarış-xilasetmə əməliyyatı nəticəsində 4 nəfərin meyiti sudan çıxarılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Türkiyənin Aydın əyalətinin Didim rayonunun Fənər kəndindən qaçaq yolla Yunanıstan adalarına keçmək istəyən və göyərtəsində qaçqınlar olan gəminin batması nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, gəmi suriyalı qaçqınları daşıyırmış. Onların olduğu gəmi Bulamaç adası yaxınlığında batıb.

Türkiyə Sahil-Mühafizə Xidməti əməkdaşlarının axtarış-xilasetmə əməliyyatı nəticəsində 3-ü uşaq olmaqla, 4 nəfərin meyiti sudan çıxarılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi