Bakı. 31 yanvar. REPORT.AZ/ Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonuna Suriyadan atılan raketin partlaması nəticəsində 17 yaşlı qız ölüb, 1 nəfər isə yaralanıb.
“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bunu Reyhanlı rayon bələdiyyəsinin sədri Hüseyn Şanverdi bildirib.
Hadisə yerinə təcili yardım briqadası, polis və xilasedicilər cəlb edilib.