Bakı. 17 fevral. REPORT.AZ/ Türk Silahlı Qüvvələri Türkiyə-Suriya sərhədini keçən terrorçu İŞİD qruplaşmasının 11, terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin 5 silahlısını tutub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin təhlükəsizlik qurumları məlumat yayıb.
Məlumata görə, Türkiyənin Gaziantep əyalətinin Beşkılıç sərhəd məntəqəsində Suriyaya qaçaq yolla keçmək istəyən İŞİD üzvü olmaqda şübhəli bilinən 10, Kilisin Aslancaq sərhəd məntəqəsində isə ikisi uşaq olmaqla, 3 nəfər saxlanılıb. Saxlanılanların üzərindən pul, 12 mobil telefon, 3 ədəd bıçaq, 2 pasport və s. müsadirə edilib.