​Suriyadan Türkiyəyə "Katyuşa"dan raket atılıb, 3 sakin ölüb, 9 nəfər yaralanıb - YENİLƏNİB

​Suriyadan Türkiyəyə "Katyuşa"dan raket atılıb, 3 sakin ölüb, 9 nəfər yaralanıb - YENİLƏNİB Türk dövlətinin sərhəddəki hərbçiləri həmin istiqamətlərə raket atıblar
Region
18 Aprel , 2016 18:02
​Suriyadan Türkiyəyə Katyuşadan raket atılıb, 3 sakin ölüb, 9 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 18 aprel. REPORT.AZ/ Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən 5 raket atılıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nəticədə 3 sakin həyatını itirib, biri uşaq olmaqla, 9 nəfər yaralanıb.

*** 18:20

Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan raketin düşməsi nəticəsində bir sakin həyatını itirib, bir uşaq yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, bir müddət sonra Suriyadan atılan daha bir raket Kilis dövlət xəstəxanasına düşüb, xəsarət alan olmayıb.

Türkiyənin sərhəddəki Hatay əyalətinin Yayladağı rayonuna isə Suriyadan atılan top mərmisi düşüb. Bu atəş nəticəsində də xəsarət alan olmayıb.

Türk dövlətinin sərhəddəki hərbçiləri həmin istiqamətlərə raket atıblar. 

Son xəbərlər

Orphus sistemi