​Suriyadan Türkiyəyə hava limanını partlatmaq üçün 14 terrorçu keçib

​Suriyadan Türkiyəyə hava limanını partlatmaq üçün 14 terrorçu keçib Onların hamısının adları da açıqlanıb
Region
17 Fevral , 2016 20:02
​Suriyadan Türkiyəyə hava limanını partlatmaq üçün 14 terrorçu keçib

Bakı. 17 fevral. REPORT.AZ/ Terrorçu PKK-nın Suriyadakı qolları "PYD" və "YPG"nin 14 silahlısı Türkiyəyə keçib və onlar ölkənin beynəlxalq hava limanını raketlə vurmağı planlaşdırır.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli İstihbarat Təşkilatı (MİT) məlumat yayıb.

Məlumata görə, terrorçuların hədəfində Avropa və Körfəz ölkələrindən Türkiyəyə gedən turistlərin endiyi hava limanıdır.

Xəbərdə bildirilib ki, onlar terrorçu PKK-nın Suriyadakı qolu olan "PYD"nin həmsədrlərindən biri Salih Müslümə bağlı qruplardır.

Həmin terrorçuların hədəfi Türkiyəyə etibarı azaltmaqdır. İnformasiyaya əsasən, onların hamısının adları da açıqlanıb.

Son xəbərlər

Orphus sistemi