Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub, 6 nəfər yaralanıb

Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub, 6 nəfər yaralanıb Bölgəyə tibbi yardım maşınları cəlb edilib
Region
22 Sentyabr , 2016 16:15
Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub, 6 nəfər yaralanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Türkiyə ərazisi Suriyadan raket atəşinə tutulub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, raketlər Türkiyənin Kilis rayonunun Tekke məhəlləsinin Tekke küçəsindəki bazarın yanındakı geyim mağazasına düşüb.

Məlumata görə, bölgəyə tibbi yardım maşınları cəlb edilib.

Kilis valisi İsmail Çataklı bildirib ki, rayon mərkəzinə düşən raket mərmisi beşi uşaq olmaqla 6 nəfərin yaralanmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi