​Suriyadan Türkiyə ərazisinə 3 mərmi düşüb

​Suriyadan Türkiyə ərazisinə 3 mərmi düşüb Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb
Region
8 Mart , 2016 16:53
​Suriyadan Türkiyə ərazisinə 3 mərmi düşüb

Bakı. 8 mart. REPORT.AZ/ Suriyadan atılan top mərmilərinin Türkiyənin bu ölkə ilə sərhədində yerləşən Kilis rayonunun mərkəzi, Kazım Qarabəkir məhəlləsinə düşməsi nəticəsində bir sakin həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, mərminin ikisi məktəbin yanındakı boş əraziyə düşüb.

Mərmi atılan zaman sakinlər arasında baş verən çaxnaşma nəticəsində bir neçə nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi