Yuxarı
    Bağlamaq

    Suriyadan Ermənistana köçən ermənilərin sayı açıqlanıb

    Qranuş Akopyan: “Hazırda Ermənistanda Suriyadan gələn 22 min erməni var”

    Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il Suriyadan Ermənistana 516 erməni köçüb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin diaspor naziri Qranuş Akopyan mətbuat konfransında bildirib.

    “Əvvəlki illərdə Suriyadan gələn 18 min erməniyə Ermənistan vətəndaşlığı, 1800-nə ölkədə yaşamaq izni, 300-nə isə qaçqın statusu verilib. Hazırda Ermənistanda Suriyadan gələn 22 min erməni var”, deyə o, vurğulayıb.

    Qeyd edək ki, Suriyadan Ermənistana qaçqan ermənilərin bir hissəsi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi