Yuxarı

Suriyadan daha 100 erməni noyabrın sonunadək Ermənistana köçəcək

Yaxın zamanlarda onlara Ermənistanın Hələbdəki konsulluğundan viza veriləcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Suriyadan daha 100 erməni noyabrın sonunadək Ermənistana köçəcək.

"Report" "Tert.am"a istinadən xəbər verir ki, bu barədə "Hələb" xeyriyyə ictimai təşkilatının rəhbəri Ani Balxyan bildirib. 

Onun sözlərinə görə, bu müddət ərzində təşkilata suriyalı ermənilər tərəfindən Ermənistana köçməklə əlaqədar 600 ərizə daxil olub, onlardan 100-ü üçün artıq lazım olan məbləğ toplanıb. 

A.Balxyan qeyd edib ki, yaxın zamanlarda onlara Ermənistanın Hələbdəki konsulluğundan viza veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi