​Suriyadan atılan mərmi Türkiyəyə düşüb, 5 nəfər yaralanıb

​Suriyadan atılan mərmi Türkiyəyə düşüb, 5 nəfər yaralanıb Türkiyə tərəfi cavab atəşi açıb
Region
25 Mart , 2015 20:31
​Suriyadan atılan mərmi Türkiyəyə düşüb, 5 nəfər yaralanıb

Bakı. 25 mart. REPORT.AZ/ Suriyadan atılan mərminin Türkiyənin cənub-şərqindəki sərhədyanı Reyhanlı şəhərinə düşməsi nəticəsində 5 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Ordusuna istinadən "Reuters" məlumat yayıb.

"Suriya Ordusunun üsyançıları atəşə tutması nəticəsində, raket və ya mərmi Hatay əyalətində Reyhanlı şəhərinin şərq hissəsinə düşüb", - deyə Türkiyə hərbçiləri bildirib.

Mərminin partladığı ərazidə dərinliyi yeddi metr olan çuxur əmələ gəlib.

Türkiyə baş qərargahının məlumatına əsasən, Türkiyə hərbçiləri müdafiə məqsədi ilə mərminin atıldığı artilleriya mövqeləri istiqamətində cavab atəşi açıblar.

Son xəbərlər

Orphus sistemi