Yuxarı
    Bağlamaq

    Suriyadakı silahlılara qoşulmaq istəyən Rusiya vətəndaşı 5 il azadlıqdan məhrum edilib

    O, 2016-cı ilin yanvarında Türkiyə-Suriya sərhədində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb

    Bakı. 25 aprel. REPORT.AZ/ Mahaçqala sakini Umarbutt Mirzoyev Suriyaya silahlılara qoşulmağa cəhddə ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Dağıstan Prokurorluğunun təmsilçisi bildirib.

    Məlumata görə, U.Mirzoyev 2015-ci ilin dekabrında Suriyaya gedərək silahlılara qoşulmaq istəyib: “O, 2016-cı ilin yanvarında Türkiyə-Suriya sərhədində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq Rusiyaya deportasiya edilib”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi